Ermənistan parlamentində istehzalı anlar yaşanıb.
Musavat.com xəbər verir ki, baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalif deputatların davranışını tənqid edib.
O, 2021–2026-cı illər üzrə hökumət proqramının 2025-ci il üzrə hesabatını təqdim edərkən zalda yaranan hərəkətliliyə reaksiya verərək deyib:
“Bu nə hərəkətdir belə? Müxalifət belə gəlib-gedir?”
İclasın aparıcısı, parlament sədrinin müavini Ruben Rubinyan isə cavabında bildirib ki, müxalif deputatlar yalnız qeydiyyatdan keçmək və əməkhaqqı almaq üçün zala daxil olur, daha sonra isə iclasda iştirak etmədən oranı tərk edirlər.
Rubinyan bunu zarafatla 5 ildir müşahidə etdikləri “hərəkətlilik” kimi xarakterizə edib.
Paşinyan isə bu vəziyyəti istehzalı şəkildə belə təsvir edib:
“Sanki “həyat karuseli” mahnısıdır – buradan girirlər, oradan çıxırlar, sonra yenə girib çıxırlar”.
Bundan sonra baş nazir müxalifətə ironik çağırış edərək qeydiyyatdan keçməyə davam etməyi “tövsiyə edib” və əlavə edib ki, belə olan halda onların maaşı və mükafatları təmin olunur.
O, hətta zarafatla deyib:
“Əziz xalq, gedin qeydiyyatdan keçin. Digər müxalifləri də çağırıram. Siz bizə mane olmursunuz. Qeydiyyatdan keçin. Axı kreditləriniz var, ödəməlisiniz. Bəlkə benzin bahalaşıb, bilmirəm”.
Musavat.com