AZ

Zəngilanda Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir

Zəngilan. Trend:

Bu gün Zəngilan şəhərində Azərbaycan–Rusiya HökumətlərarasıKomissiyasının 24-cü iclası keçirilir.

Trend-inQarabağ bürosunun xəbərinə görə, iclasa Azərbaycanın Baş nazirininmüavini Şahin Mustafayev və Rusiyanın Baş nazir müavini AlekseyOverçuk həmsədrlik edir. Tədbirdə hər iki ölkənin aidiyyəti dövlətqurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirakedirlər.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli vəçoxtərəfli formatda ticarət-iqtisadi, nəqliyyat, investisiya, eləcədə mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi iləbağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Tərəflərin əvvəlki iclaslarda əldə olunmuş razılaşmaların icravəziyyətini də nəzərdən keçirməsi gözlənilir. İclas çərçivəsindəregional əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğurandigər mövzular ətrafında fikir mübadiləsi aparılır.

Zəngilanda keçirilən görüş Azərbaycan–Rusiya münasibətlərinininkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.

Məqalədə:
Seçilən
22
1
az.trend.az

2Mənbələr