AZ

Azərbaycandan Gürcüstana I rübdə pul köçürmələri 9 milyon dolları ötüb

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana 9,8 milyon ABŞ dolları həcmində pul köçürülüb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə məbləğdə 1,51% azalma qeydə alınıb. Ən çox pul köçürmələri 3,54 milyon ABŞ dolları olmaqla mart ayının payına düşüb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 15,74 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 34% çoxdur. Qonşu ölkədən Azərbaycana ən çox pul köçürmələri 5,80 milyon ABŞ dolları olmaqla mart ayında göndərilib. (Apa)

Seçilən
23
4
fed.az

6Mənbələr