AZ

“Global Cert”: “Sertifikat sənəd deyil, məsuliyyətdir”

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Müsahibimiz sertifikatlaşdırma sahəsində etibarlı təsisat kimi tanınan Azera Holdinqin “Global Cert” şirkətinin rəhbəri Gülşən Hüseynovadır. 

Şirkətin bazardakı real gücü nə ilə ölçülür?

Bu gün bazarda şirkətin gücü yalnız dövriyyə və ya satış həcmi ilə ölçülmür. Real güc üç əsas amillə, idarəetmə sisteminin qurulması, risklərin nəzarətdə saxlanılması və qanunvericiliyə uyğun fəaliyyətlə müəyyən olunur. Sadə dildə desək, güclü biznes sistemli biznesdir. Necə ki, tikinti sahəsində bir konstruksiyanın dayanıqlığı normativlərə uyğun hesablanır, biznes də eyni qaydada standartlara uyğun idarə olunmalıdır. 

Sertifikatlaşdırma biznes üçün nə ifadə edir?

Sertifikatlaşdırma çox vaxt sadəcə sənəd kimi qəbul olunur. Halbuki, bu yanaşma yanlışdır. Təqdim olunan sertifikatlar şirkətlərin daxili proseslərini sistemləşdirir, riskləri minimuma endirir, bazarda etibar yaradır. Bu baxımdan sertifikatlaşdırma biznesin dayanıqlılığını təmin edən əsas mexanizmdir.

“Global Cert”in bazardakı yanaşması nədən ibarətdir?

Biz yalnız sertifikat verən qurum deyil, müəssisələrin dayanıqlı inkişafına, beynəlxalq tələblərə uyğunlaşmasına və rəqabət qabiliyyətinin artırılmasına töhfə verən etibarlı tərəfdaşıq. Bu baxımdan fəaliyyət istiqamətlərimiz genişdir. Biz idarəetmə sistemlərinin sertifikatlaşdırılması ilə yanaşı, məhsulların uyğunluq qiymətləndirilməsini (AZS, GOST və digər standartlar üzrə), iş yerlərinin attestasiyasını, laboratoriya sınaqları və texniki ekspertizanı həyata keçiririk. Eyni zamanda ölçü cihazlarının kalibrlənməsi, təlim və konsaltinq xidmətləri təqdim edərək müəssisələrin uyğunluq ekosistemini qurmasına kömək edirik. Bu o deməkdir ki, vahid platforma üzərindən bütün uyğunluq ehtiyaclarını qarşılayan sistemli və səmərəli həll təqdim edirik.

Qanunvericilik baxımından bu xidmətlərin əhəmiyyəti nədir?

Bu gün bir çox uyğunluq tələbləri artıq könüllü deyil, qanunvericiliklə tənzimlənir. Məsələn, iş yerlərinin attestasiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Nazirlər Kabinetinin “İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları” əsasında həyata keçirilir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin yoxlamaları zamanı bu tələblərə əməl olunmaması müəssisələr üçün inzibati məsuliyyət, maliyyə sanksiyaları və hətta fəaliyyətin məhdudlaşdırılması kimi ciddi risklər yarada bilər. 

Qida sektorunda sertifikatlaşdırma hansı rol oynayır?

Qida sektoru xüsusi nəzarət altında olan sahədir. Bu sahə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. ISO 22000 standartı qanunvericilik tələblərinin sistemli şəkildə tətbiqinə xidmət edir, qida zəncirində risklərin idarə olunması və müəssisədə dövlət yoxlamalarına hazır sistemin qurulmasına imkan yaradır.

Digər ISO standartları biznesə nə qazandırır?

ISO 9001, ISO 14001, ISO 45001 və digər standartlar müəssisələr üçün tenderlərdə iştirak imkanı, iri layihələrə çıxış, beynəlxalq əməkdaşlıq imkanı yaradır. Bu gün ISO standartları artıq əlavə üstünlükdən daha çox, yeni bazara giriş üçün əsas şərtdir. 

“Global Cert”in bazar təcrübəsi və nəticələri nəyi göstərir?

Bu günə qədər “Global Cert” tərəfindən 5000-dən çox sertifikat təqdim olunub. Bu rəqəm bizim üçün sadəcə statistika deyil. Bu geniş təcrübə, müxtəlif sektorlar üzrə fəaliyyətimiz və ən əsası müştəri etimadı deməkdir. Fəaliyyətimiz tikinti, qida, sənaye və digər sahələri əhatə edir ki, bu da bizim praktiki gücümüzü göstərir.  

Sonda bizneslərə mesajınız nədir?

Bugünkü bazar real qaydalarla işləyir. Çünki, sistemsiz və standartlara uyğun olmayan biznes uzunmüddətli uğur əldə edə bilməz. Əgər şirkət risklərini idarə edirsə, qanunvericiliyə uyğun işləyirsə və beynəlxalq standartlara uyğun fəaliyyət göstərirsə o zaman bazarda güclü mövqe qazanır. Məhz buna görə qeyd edirik ki, sertifikat sadəcə sənəd deyil, etibar, idarəetmə və məsuliyyətdir.

Bu istiqamətdə inkişaf etmək və fəaliyyətlərini qeyd olunan səviyyədə təşkil etmək üçün şirkət nümayəndələri hara və necə müraciət etməlidirlər?

“Global Cert” sertifikatlaşdırma orqanı müəssisələrin davamlı inkişafını dəstəkləmək məqsədilə mütəmadi olaraq ixtisaslaşdırılmış təlim proqramları təqdim edir. Bu proqramları uğurla başa vuran iştirakçılar müvafiq sertifikatla təmin olunurlar. Biz fəaliyyətini yüksək standartlara çatdırmaq və beynəlxalq tələblərə uyğunlaşdırmaq istəyən şirkətləri peşəkar komandamızla əməkdaşlığa dəvət edirik.

Ətraflı məlumat üçün:

+994 50 605 50 40

[email protected]

www.gcert.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
qafqazinfo.az

1Mənbələr