AZ

Livan İsrail ilə birbaşa danışıqların şərtləriniAÇIQLADI

Livan gərginliyin artmasının qarşısını almaq məqsədilə İsraillə birbaşa danışıqlar aparır.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun Böyük Britaniyanın Yaxın Şərq üzrə dövlət naziri Hamiş Falkoner ilə görüşü zamanı bildirib.

Aun qeyd edib ki, atəşkəs iki ölkə arasında birbaşa danışıqlar üçün təbii başlanğıc nöqtəsi ola bilər: “Bu, Livanın irəli sürdüyü sülh təşəbbüsünə uyğundur”.

Prezident vurğulayıb ki, danışıqlar Livan hakimiyyəti tərəfindən müstəqil şəkildə aparılacaq: “Bu, suveren bir məsələdir və heç kimin müdaxiləsi olmadan həyata keçiriləcək”.

Qeyd edək ki, İranın dəstəklədiyi "Hizbullah"ın İsrailə raket hücumlarından sonra Livanda 2 martdan etibarən gərginlik artıb. Buna cavab olaraq İsrailin Livana həyata keçirdiyi quru və hava zərbələri nəticəsində ölkədə 2100-dən çox insanın həlak olduğu bildirilir.

Məlumata görə, 14 apreldə ABŞ dövlət katibi Marko Rubio İsrail və Livan arasında uzun illərdən sonra ilk birbaşa diplomatik səviyyəli danışıqların keçirildiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə liderlər səviyyəsində növbəti görüşün 16 apreldə baş tutacağını bildirib.

Seçilən
14
1
redaktor.az

2Mənbələr