ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Dubayın simvollarından biri olan məşhur "Bürc əl-Ərəb" hoteli fəaliyyətini müvəqqəti dayandırır. Binanın əsaslı təmirə ehtiyacı olduğu üçün bu barədə əmirliyin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Maktum xüsusi göstəriş verib.Təmir qərarının qəbul olunmasında son günlər baş verən hadisələr də rol oynayıb. Məlumata görə, İranın atdığı raketlərdən birinin parçası hotelin fasadına dəyərək divarı zədələyib. Bu zədələrin aradan qaldırılması və binanın müasir standartlara uyğun təkmilləşdirilməsi nəzərdə tutulur.Gəmi yelkanı formasında dizayn edilən möhtəşəm tikili 1999-cu ildə istifadəyə verilib. Açıldığı gündən bəri ilk dəfədir ki, hotel 18 ay müddətinə tam bağlanaraq yenilənəcək. Cəmi 198 lüks otaqdan ibarət olan bu unikal məkan dünyada ilk yeddiulduzlu hotel statusuna malikdir.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.