AZ

ABŞ də fövqəladə vəziyyət elan olundu

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin mərkəzi və daxili bölgələrində müşahidə olunan güclü yağış və daşqınlar ciddi fəsadlara səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə Viskonsin ştatında vəziyyətin ağırlaşması fonunda fövqəladə vəziyyət elan edilib.

Yerli KİV-in məlumatına görə, intensiv yağıntılar nəticəsində yollar su altında qalıb, bir çox ərazilərə ziyan dəyib. Viskonsin qubernatoru Toni Evers güclü yağış və fırtınaların yaratdığı təhlükə səbəbilə rəsmi qərar qəbul edib.

Miluoki şəhərində daşqınlar nəqliyyatın hərəkətini iflic edib. Yayılan görüntülərdə bir qadın və uşağın avtomobildən xilas edildiyi əks olunub. Rəsmilər cənub-şərqi Viskonsin sakinlərini zərurət olmadıqca avtomobil idarə etməməyə çağırıb.

Digər tərəfdən, Miçiqan ştatının Enn Arbor və Linkoln Park şəhərlərində də tornadolar baş verib. Rəsmilər ümumilikdə ən azı 3 tornado qeydə alındığını təsdiqləyib və əlverişsiz hava şəraitinin davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
azxeber.com

1Mənbələr