AZ

Brüselyoz, dabaq və quduzluğa qarşı profilaktik tədbirlər sistemli şəkildə icra olunur - Yusif İbrahimov

Azərbaycanda brüselyoz, nodulyar dermatit, dabaq və quduzluq kimi xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. 

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin direktoru Yusif İbrahimov “İki sahil” qəzetinə müsahibəsində bildirib ki, profilaktik tədbirlər dövlətin epizootiya əleyhinə tədbirlər planı çərçivəsində həyata keçirilir. 

AXA-dan çağırış: heyvanlarda xəstəlik müşahidə edildikdə dərhal
fərdi baytarlıq praktikası ilə məşğul olan ərazi həkiminə və ya rayon
baytarlıq idarələrinə müraciət etsinlər

O qeyd edib ki, peyvəndləmə işləri “soyuq zəncir” rejiminə ciddi riayət olunmaqla aparılır, heyvan sıxlığı və epizootik vəziyyət nəzərə alınaraq planlı şəkildə icra olunur. Riskli bölgələrdə isə tədbirlərin intensivliyi artırılır.

Yusif İbrahimov bildirib ki, hazırda 2026-cı il üzrə təsdiqlənmiş epizootik tədbirlər planına uyğun olaraq profilaktik peyvəndləmə prosesi davam edir. Bu yanaşma xəstəliklərin yayılmasının qarşısının alınmasına və heyvan sağlamlığının qorunmasına xidmət edir.
O həmçinin vurğulayıb ki, müvafiq qurumlarla birgə aparılan monitorinqlər əsasında ölkə üzrə xəstəliklərin yayılma risk xəritəsi hazırlanır. Bu mexanizm profilaktik tədbirlərin daha dəqiq və effektiv planlaşdırılmasına imkan yaradır. 

Heyvanların peyvənddən yayındırılması həm insanların,
həm də heyvanların xüsusi təhlükəli xəstəliklərə yoluxması riskini artırır

Fermer və sahibkarlara müraciət edən Yusif İbrahimov heyvanların vaxtında peyvənd olunmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, peyvəndləmədən yayınma həm heyvan, həm də insan sağlamlığı üçün ciddi risklər yaradır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr