AZ

Çində aviareyslər kütləvi ləğv edilir

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məlumata görə, əsasən Cənub-Şərqi Asiya və Avstraliya istiqamətlərindəki uçuşlar ləğv edilib. Sərnişinlər xüsusilə China Eastern Airlines və Sichuan Airlines tərəfindən həyata keçirilən reyslərin dayandırıldığını bildirirlər. Bəzi sərnişinlər uçuşlarının ləğv olunduğunu səfərdən bir neçə həftə əvvəl, digərləri isə son anda öyrəndiklərini qeyd edir ki, bu da onların iş və təhsil planlarına ciddi təsir göstərib. Aviaşirkətlər reyslərin ləğvini təsdiqləsələr də, bunu ümumi şəkildə “siyasətin tənzimlənməsi” ilə izah edib, konkret səbəbləri açıqlamayıblar. Qeyd olunur ki, bu vəziyyət Çində ən sıx turizm dövrlərindən biri olan "Qızıl həftə" ərəfəsində baş verir. Bu dövrdə həm daxili, həm də beynəlxalq səfərlərin sayında kəskin artım müşahidə olunur. M.Həsənli

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
azvision.az

1Mənbələr