ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.
İşğaldan azad olunmuş ərazilərdə uzunluğu 1 454,3 km olan 30 yol layihəsi üzrə tikinti işləri başa çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, hazırda ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir.
Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.
Bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur. Uzunluğu 13,6 km olan 7 tunelin tikintisi başa çatdırılıb, ümumi uzunluğu 57,6 km olan 41 tunelin tikintisi isə davam etdirilir.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur. Uzunluğu 8 839,1 metr olan 392 körpü artıq inşa edilib.
Qeyd olunub ki, ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi nəzərdə tutulur, bunlardan da artıq 9-nun (1 965 metr uzunluğunda ) tikintisi başa çatdırılıb.
Qeyd olunanlarla yanaşı işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun genişmiqyaslı bərpası da davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.