AZ

Kremldən Bakıdakı həbslərlə bağlı rəsmi bəyanat – Peskov rusiyalı məhbusların taleyindən danışdı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Bakıdakı istintaq təcridxanasında saxlanılan və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Rusiya vətəndaşlarının vəziyyəti ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Kreml sözçüsü Rusiyanın bu məsələni "çox diqqətlə" izlədiyini və vətəndaşlarının hüquqlarının qorunması üçün lazımi diplomatik addımların atıldığını bildirib.

Dmitri Peskov qeyd edib ki, Bakıda mütəşəkkil cinayətkar dəstə tərkibində narkotiklərin tranziti və satışı ittihamı ilə üzləşən Rusiya vətəndaşlarının işi Rusiya Xarici İşlər Nazirliyinin və ölkənin Azərbaycandakı səfirliyinin daimi nəzarətindədir. Kreml rəsmisi vurğulayıb ki, Rusiya tərəfi vətəndaşlarının saxlanma şəraiti və istintaqın gedişi ilə bağlı yerli orqanlarla təmasdadır və qanunun tələblərinə uyğun olaraq onların bütün konsulluq hüquqlarının təmin edilməsini diqqətdə saxlayır.

Xatırladaq ki, sözügedən şəxslər İrandan gələn narkotik kanalları və böyük həcmli qanunsuz dövriyyə ilə əlaqəli olduqları iddiası ilə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaq təcridxanasına yerləşdiriliblər. 

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr