AZ

Azərbaycan və Rusiya arasında "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, sənədi Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.

Sənəd Azərbaycan və Rusiyada elektron beynəlxalq yükdaşıma qaiməsinin (e-CMR) tətbiqi üçün şəraitin yaradılmasını nəzərdə tutur, avtomobil nəqliyyatı sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, yükdaşımaların daha operativ və şəffaf həyata keçirilməsi, həmçinin iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

Seçilən
6
far.az

1Mənbələr