AZ

Fransa keçmiş müstəmləkələrdən aparılmış mədəni sərvətləri geri qaytaracaq

ain.az, Kulis.az saytına istinadən bildirir.

Fransa Milli Assambleyası keçmiş müstəmləkə ərazilərindən aparılmış mədəni sərvətlərin geri qaytarılmasını asanlaşdıran qanunu yekdilliklə qəbul edib.

"Euronews"un verdiyi xəbərə görə, Qanun 1815–1972-ci illər arasında qeyri-qanuni yollarla əldə edildiyi hesab olunan sənət əsərlərinin və mədəni obyektlərin geri qaytarılmasını nəzərdə tutur.Qərara əsasən, müraciət edən dövlətlər bu əsərləri qorumaq və ictimaiyyətə açıq təqdim etmək öhdəliyi götürməlidir.

Tələblər xüsusi komitə tərəfindən araşdırılacaq və yalnız qanunsuz əldə olunma sübuta yetirildikdə geri qaytarılma həyata keçiriləcək.

Bu addım Emmanuel Makronun Afrika irsinin geri qaytarılması ilə bağlı əvvəlki vədlərinin davamı kimi qiymətləndirilir.

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

Novruz bayramı filmlərimizə necə salındı? - Tarixçə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
kulis.az

1Mənbələr