AZ

Qızı marketin arxasına söhbətə çağırdı Vəsiqəyə görə saçından tutub sürüdü

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakının Sabunçu rayonunda 40 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 13-də rayonun Zabrat qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Əhməd həmin gün saat 21:40-da qeyri-rəsmi münasibətdə olduğu Fatimə (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların mübahisəsi Zabrat qəsəbəsində marketin arxa hissəsində yerləşən boş sahədə baş verib. Aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə baş və üz nahiyəsinə bir neçə dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Əhmədin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qeyri-rəsmi münasibətdə olduğu Fatimə ilə təxminən 1 il 6 aydır münasibəti var:“İndiyə qədər aramızda dəfələrlə münaqişələr olub. Məlum hadisə günü, təxminən saat 21:50-də marketin yaxınlığında olarkən Fatimə dayanacaqda avtobusdan düşdü. Marketə girmək istəyərkən Fatiməyə yaxınlaşdım, şəxsiyyət vəsiqəmi verməyimi istədim. Lakin kobud cavab verdiyi üçün onu söhbət etmək üçün marketin arxasına heç kimin olmadığı yerə dəvət etdim. Fatimənin sözlərindən əsəbləşdiyim üçün üz nahiyəsinə bir neçə dəfə əlim ilə zərbələr endirdim. Daha sonra o, yerə yıxıldı. Yalnız sifət nahiyyəsindən iki dəfə zərbə vurdum. Başqa zərbə vurmamışam”. Təqsirləndirilən şəxs qeyd edib ki, zərbənin təsirindən Fatimə yerə yıxılıb: “Daha sonra onu ayağa qaldırdım. Fatimənin yerə yıxılmasına səbəb onun başın tez-tez fırlanması olub. Ayağa qalxdıqdan sonra məni daşla vurmaq istəyərkən oradan uzaqlaşdım. Sonra yenidən gələrək şəxsiyyət vəsiqəmi götürdüm”.İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, hadisə günü təxminən saat 21:40-da işdən çıxaraq evə yollanıb:“Qəsəbədə avtobusdan düşdüm və dayanacaqda Əhmədi gördüm. Mən alış-veriş etmək məqsədilə marketə daxil olmaq istəyərkən Əhməd yaxınlaşdı, şəxsiyyət vəsiqəsinin məndə olduğu, verməyimi istədi. Mən isə Əhmədə vəsiqəni mənə vermədiyi və kobud cavabla qarşılıq verdiyim üçün məni marketin arxasına çağırdı. Heç kimin olmadığı yerdə Əhməd əli ilə bir neçə dəfə üz nahiyəmə zərbələr vurdu. Zərbədən yerə yıxıldım. Yerə yxıldıqdan sonra saçımdan tutaraq üz və baş nahiyələrimə vurmağa davam etdi”. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Əhməd 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşadığı evi tərk etməsi, həmçinin bu müddətdə Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr