Bakı. Trend:
Azərbaycan dilinin yeni Orfoqrafiya və Orfoepiya lüğətlərininnəşrə təhvil veriləcəyi vaxt məlum olub.
Bu barədə Trend-ə açıqlamasında AMEA Dilçilik İnstitutunun başdirektoru, professor Nadir Məmmədli məlumat verib.
Onun sözlərinə görə, lüğətlərin təhvili ilə bağlı dünən daha biriclas təşkil edilib:
"Biz dünən bir iclas da keçirtdik. Artıq hansı mütəxəssisə hansıhərfləri vermişiksə, onlar bir-bir hesabatlarını təqdim ediblər.Yekun işlər görülür, yeni lüğətlər may ayının sonunda nəşr üçüntəhvil veriləcək".
Qeyd edək ki, Orfoqrafiya lüğəti 1975, 2004, 2013 və 2021-ciillərdə nəşr edilib. Yeni lüğətin nəşri 2026-cı il üçün nəzərdətutulub. Türkdilli dövlətlər içərisində ilk dəfə Azərbaycanda süniintellektin köməyilə orfoqrafiya lüğəti hazırlanır. Lüğətinhazırlanmasında, sözlərin seçimində tezlik sistemi istifadə edilib.Lüğətlərin nəşr edilməsi isə AMEA Rəyasət Heyətininsəlahiyyətindədir.