AZ

Vətən müharibəsi qazisi müdir təyin olundu

Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.

Musavat.com iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.

Belə ki, icra başçısının əmri ilə Hacı Muradov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, eləcə də Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun isə müdiri vəzifəsinə təyin edilib.

Digər əmrlə Asif Məmmədov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, A.Məmmədov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi, H.Muradov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyib. Vətən müharibəsi qazisi olan H.Muradov Azərbaycan Prezidentinin Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları, Nazirlər Kabinetinin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
11
olaylar.az

10Mənbələr