AZ

Fırtına 2 və Akıncı türk ordusunun arsenalına daxil edilib

ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

"Fırtına-2" və "Akıncı" türk ordusunun  arsenalına daxil edilib

Türkiyə ordusu yeni nəsil "Fırtına-2" haubitsalarını öz arsenalına daxil edib. Oxuməni.az "Haber Global"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Haubitsalar yoxlama və qəbul prosedurları başa çatdıqdan sonra inventara əlavə edilib. "Akıncı" hücum dronları da Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Türkiyə ordusunda komando briqadalarının sayının artırılması üçün də işlər başlayıb.

"Yeni briqadalar mövcud təşkilati strukturdan fərqli olaraq müasir tələblərə, təhdid qiymətləndirmələrinə və əməliyyat konsepsiyalarına uyğun olaraq yaradılacaq", - Türkiyə Müdafiə Nazirliyi bildirib.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
oxumeni.az

2Mənbələr