AZ

Evdə gözə görünməyən təhlükə!

ain.az, Saglamolun portalına istinadən məlumat verir.

MİLYONLARLA MİKROPLASTİK HİSSƏCİK NƏFƏSİMİZDƏ

Ev şəraitində hava düşündüyümüzdən daha çirkli ola bilər. BBC-nin araşdırmasına görə, insanlar hər il yüz minlərlə, hətta milyonlarla mikroskopik plastik hissəcikləri nəfəs yolu ilə qəbul edir. Bu hissəciklərin əsas mənbəyi isə sintetik geyimlər, yumşaq mebel, xalçalar və məişət tekstilləridir.Mütəxəssislər bildirir ki, paltarın yuyulması, qurudulması və hətta geyinilməsi zamanı havaya görünməz liflər yayılır. Bu liflər ev tozunda toplanır və hərəkət zamanı yenidən havaya qalxaraq tənəffüs yollarına daxil olur. Araşdırmalar göstərir ki, qapalı məkanlarda mikoplastik konsentrasiyası açıq havadan bir neçə dəfə yüksəkdir.Alimlər hesab edir ki, mikoplastik orqanizmə yalnız qida və su ilə deyil, əsasən nəfəsalma yolu ilə daxil olur. Xırda hissəciklər ağciyərlərə çataraq iltihab, tənəffüs problemləri və digər sağlamlıq riskləri yarada bilər.Riskləri azaltmaq üçün mütəxəssislər təbii materiallardan istifadəni artırmağı, evi mütəmadi havalandırmağı, HEPA filtrli tozsoranlardan istifadəni və nəm təmizlik aparmağı tövsiyə edir. Bununla belə, problemin tam həlli üçün qlobal plastik istehsalının azaldılması vacib hesab olunur.

Mənbə: BBC Future

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
saglamolun.az

1Mənbələr