AZ

“Şüurlu şəkildə o təkliflərdən imtina etdim” “Mən azad ruhlu insanam...”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Aprelin 17-də Azərbaycanda operativ və özəl xəbərləri ilə tanınan “Gününsəsi.info” saytının fəaliyyətə başlamasından 10 il ötür.

Saytın rəhbəri, tanınmış jurnalist Pərviz Həşimli “AzPolitika”ya açıqlamasında 10 illik dövrü dəyərləndirib, saytın yaranma prosesi, qarşılaşdığı çətinliklər və media mühitində baş verən dəyişikliklər barədə fikirlərini bölüşüb.

P.Həşimli bildirib ki, uzun illər media sahəsində fəaliyyət göstərməsi yeni bir media subyektinin yaradılması və onun tanıdılması ilə bağlı onda xüsusi narahatlıq yaratmayıb. Onun sözlərinə görə, “Gününsəsi”dən əvvəl də “Moderator.az” layihəsinin əsasını qoyub və həmin dövrdə ciddi təzyiqlərlə üzləşib.

Jurnalist qeyd edib ki, vaxtı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) rəhbərliyi tərəfindən ona qarşı təzyiqlər olub və nəticədə həbs edilib.

“MTN-in o dövrdəki rəhbərliyi məni həbsə atmaqla bu layihənin böyüməsinin qarşısını aldı. Düzdür, sonradan mərhum dostum Zülfüqar bəy ‘Moderator.az’a sahib çıxdı və onu çətinliklə də olsa qoruyub saxladı”, - deyə o bildirib.

P.Həşimli “Gününsəsi”nin yaranmasının və qısa zamanda populyarlıq qazanmasının isə MTN-in ləğvi və qurumun yüksək rütbəli şəxslərinin həbsi dövrünə təsadüf etdiyini vurğulayıb.

“Bəlkə də bu, ilahi ədalətin bir göstəricisi idi. O dövrdə artıq MTN ilə bağlı araşdırmalar gedirdi və biz həmin proseslərdə baş verən bir çox faktları operativ şəkildə yazırdıq”, - deyə P.Həşimli qeyd edib.

Onun sözlərinə görə, həmin illərdə redaksiyaya müxtəlif mənbələrdən çoxsaylı materiallar daxil olub: “Bizə MTN-in fəaliyyəti ilə bağlı çoxlu materiallar gətirilirdi. Hətta bəzi məmurlar və sahibkarlar belə bu qurumun keçmiş fəaliyyətləri ilə bağlı məlumatlar verirdi”.

“Gününsəsi.info”nun hazırkı fəaliyyəti barədə danışan Pərviz Həşimli bildirib ki, redaksiya məhdud imkanlarla fəaliyyət göstərir. Onun sözlərinə görə, saytın komandası hazırda 7 nəfərdən ibarətdir.

Baş redaktor qeyd edib ki, maliyyə imkanları əsasən məhdud reklam gəlirləri və dövlət dəstəyi hesabına formalaşır: “Reklam imkanlarımız geniş deyil. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə büdcəmizin müəyyən hissəsi qarşılanır. Kiçik reklam müqavilələri ilə çətinliklə də olsa fəaliyyətimizi davam etdiririk”.

P.Həşimli əlavə edib ki, media sahəsində qalmaq və bu işlə məşğul olmaq onun üçün şüurlu seçim olub: “Mən öz peşəmi sevirəm. Ona görə də gəlirlərimiz nə qədər məhdud olsa da, fəaliyyətimizi davam etdiririk. Əvvəllər dövlət qurumlarında iş təklifləri olsa da, azad fəaliyyətə üstünlük verərək bundan imtina etmişəm”.

Media mühitindəki vəziyyəti dəyərləndirən Pərviz Həşimli bildirib ki, son illərdə media sahəsində müəyyən struktur dəyişiklikləri və “təmizlənmə prosesi” müşahidə olunur: “Yeni media qanunu qəbul olunanda bizdə də müəyyən narahatlıqlar var idi. Amma bu gözləntilər özünü doğrultmadı. Əksinə, media mühitində müəyyən təmizlik prosesini görürük. Artıq “reket mətbuat” dövrü geridə qalıb”.

P.Həşimli vurğulayıb ki, “Gününsəsi”nin əsas prioritetlərindən biri insan hüquqları mövzusudur. Onun sözlərinə görə, redaksiya demokratik dəyərlərə uyğun mövqe tutmağa çalışır.

Jurnalistbəzihallardayayımlananmateriallarınmüəyyəndairələrdə narazılıqyaratdığını daqeydedib.

“Bəzi xəbərlər müəyyən dairələrdə qıcıq doğurur və bu zaman müxtəlif inzibati imkanlardan istifadə olunaraq təzyiqlər göstərilir. Ammabu, konkretməsələlərlə bağlı olur”, – deyə obildirib.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
azpolitika.info

1Mənbələr