AZ

Bloqer olduğu üçün heç kimə xüsusi imtiyaz verilməməlidir

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Sosial şəbəkələrdə influenserlərin təsir gücü son illərdə o qədər artıb ki, onların davranışları təkcə şəxsi seçim yox, ictimai reaksiyalara səbəb olan hadisəyə çevrilir. Bəzən diqqət çəkmək və izləyici qazanmaq məqsədilə edilən hərəkətlər etik sərhədləri aşır və ictimai narazılıq doğurur. Belə ki, sosial şəbəkələrdə bloqer fəaliyyəti ilə tanınan bir qrup şəxs Bulvarda gülləri əzərək foto və videolar çəkdirib, daha sonra bu görüntüləri öz hesablarında paylaşıblar və bu addım bir növ trendə çevrilib. Bu isə cəmiyyətin müəyyən hissəsində haqlı olaraq suallar və tənqidlər doğurub.Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, nəzarət sözündən qaçmaq lazımdır:“Yəni, indi bloqerlərə nəzarət üçün ayrıca bir qurum yaradılsın, dövlət büdcəsindən bunun üçün vəsait ayrılsın bunlar lüzumsuz məsələlərdir. Dövlət müdaxiləsi maksimum dərəcədə az olmalıdır. Belə qurumların yaradılmasına heç bir əsas, heç bir zərurət yoxdur. Sadəcə olaraq, istər bloqer olsun, istər müğənni, şair, aktrisa və ya aktyor hansı peşənin sahibi olmasından asılı olmayaraq, əgər qanunsuz hərəkət edirsə, o zaman məsuliyyətə cəlb olunmalı, ictimai qınağa məruz qalmalıdır. Azərbaycan qanunvericiliyində bu cür hallarla bağlı hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulursa, sosial statusundan, mövqeyindən, əqidəsindən asılı olmayaraq hər kəsə eyni qaydada tətbiq olunmalıdır. Bloqer olduğu üçün heç kimə xüsusi imtiyaz verilməməlidir və əslində Azərbaycanda da bu prinsip mövcuddur. Amma “nəzarət etmək” kimi yanaşmalar, ümumiyyətlə bu nəzarət düşüncəsi, xüsusilə də həddindən artıq müdaxilə forması, cəmiyyətdə qəbul olunmamalıdır. Bu tip yanaşmalardan uzaq durmaq lazımdır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr