AZ

​“Xəta mənimdir, etiraf edirəm” -

“Çempionatın ikinci yarısında şanssızlıq yaxamızı buraxmadı. Osimen üçüncü dəfə zədələndi, Lanqın barmağı qopdu, Yunus Akgün əvvəlki sağlamlığına qovuşa bilmədi. Sözsüz ki, bütün bunlar oyun tərzimizə mənfi təsirini göstərdi”.
Metbuat.az xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk deyib. 53 yaşlı mütəxəssis itirilən xallara görə özünün məsuliyyət daşıdığını bildirib: “Sükanın arxasında mənəm. İtirilən xallara görə də günahkar mənəm. Heç bir oyunçumu ittiham etmək istəmirəm. Xəta mənimdir, etiraf edirəm”.

Okan Buruk “Qalatasaray”ın çempionluq uğrunda mübarizədə ən şanslı komanda olduğunu qeyd edib: “Ən yaxın rəqibimizlə aramızda 2 xal fərq var. Üstəlik, həmin rəqiblə dogma meydanda qarşılaşacağıq. Həmin oyunda qalib gəlib dördüncü dəfə çempion olacağıq. Tərəfdarlarımız narahat olmasın”.

Seçilən
12
metbuat.az

1Mənbələr