AZ

ABŞ–HƏMAS təması: atəşkəsdən sonra ilk birbaşa görüş keçirildi

ABŞ–HƏMAS
ABŞ ilə HƏMAS nümayəndələrinin 10 oktyabr 2025-ci il atəşkəsindən sonra ilk dəfə 14 apreldə Qahirədə birbaşa görüş keçirdiyi bildirilir. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə ABŞ nümayəndə heyətinə Aryeh Laytston rəhbərlik edib, HƏMAS-ı isə təşkilatın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyə təmsil edib.
Məlumata görə, tərəflər hücumların dayandırılması, humanitar yardımların artırılması və razılaşmanın növbəti mərhələsinə keçidi müzakirə ediblər. HƏMAS İsrailin ilkin mərhələ üzrə öhdəliklərini yerinə yetirməsini tələb edib, İsrailin isə bunun üçün HƏMAS-ın silahsızlanmasını şərt kimi irəli sürdüyü iddia olunur. ABŞ tərəfi danışıqlarla bağlı rəsmi şərh verməyib.

Qeyd edək ki, atəşkəsə baxmayaraq, İsrailin Qəzza zolağına hücumları davam edir və 2023-cü ilin oktyabrından indiyədək ölənlərin sayı 72 mindən çoxdur.

Seçilən
0
1news.az

1Mənbələr