Ukrayna dronları Krasnodar diyarında Liberiya bayrağı altında üzən neft tankerinə hücum edib.
Krasnodar diyarı sahillərindəki dəniz zonasında Liberiya bayrağı altında üzən neft tankerinə Ukrayna dronları hücum edib və kapitanını yaralayıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi sözçüsü Svetlana Petrenko məlumat verib.
"Liberiya Respublikası bayrağı altında üzən neft tankerinə Rusiya Federasiyasının ərazi sularında Ukrayna dronları hücum edib. Türkiyə Respublikası vətəndaşı olan kapitan yaralanıb və xəstəxanaya yerləşdirilib", - deyə o bildirib.
Əziz MUSTAFA