AZ

Rusiya iqtisadiyyatı müasir tarixində ilk dəfə işçi qüvvəsi çatışmazlığı ilə üzləşib

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya iqtisadiyyatı müasir tarixində ilk dəfə işçi qüvvəsi çatışmazlığı ilə üzləşib

Rusiya Mərkəzi Bankının sədri Elvira Nəbiullina Moskva Birjasının Birja Forumunda çıxışı zamanı bildirib ki, Rusiya iqtisadiyyatı müasir tarixində ilk dəfə işçi qüvvəsi çatışmazlığı ilə üzləşib. Bu barədə Oxuməni.az “TASS” xəbər agentliyinə istinadla xəbər verir.

"Müasir tariximizdə ilk dəfədir ki, iqtisadiyyatımız işçi qüvvəsi məhdudiyyətləri ilə qarşılaşıb. Bu, hakimiyyət orqanları üçün yeni reallıqdır, biznes üçün yeni reallıqdır. Buna görə də, pul-kredit siyasətinin (PKS) uzun müddət sərt olması hansısa anomaliya, fövqəladə vəziyyət kimi görünə bilər, çünki yüksək faiz dərəcələrinin keçmiş dövrləri xarici şəraitin müvəqqəti pisləşməsi ilə bağlı idi", - Nəbiullina qeyd edib.

Eyni zamanda, onun sözlərinə görə, hazırda xarici şəraitin pisləşməsi, demək olar ki, daimi xarakter daşıyır - bu, həm ixrac, həm də idxal üçün, işsizlik isə 2%-dir. Məhz bu və ötən ilin əvvəlində inflyasiyanın 10%-ə çatması iqtisadiyyatın həddindən artıq qızışmasının sübutudur. "Yüksək artım tempi deyil, məhz iqtisadiyyatın vəziyyətini xarakterizə edən bu amillərdir", - tənzimləyici orqanın rəhbəri əlavə edib.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
oxumeni.az

2Mənbələr