AZ

13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində nar və yulğun kolları məhv edildi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tədbir gördü

13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində nar və yulğun kollarının məhv edilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı xidmətləri tərəfindən araşdırılıb.

 

Bu barədə Pravda az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

 

Araşdırma zamanı Qarxun meşəbəyliyinin 5 saylı meşə dolayında vətəndaş Kamil Baxşəliyev tərəfindən yonca əkini məqsədilə ərazinin qanunsuz şumlandığı və nəticədə nar və yulğun kollarının məhv edildiyi müəyyən edilib.

 

Faktla bağlı akt, protokol tərtib olunub və qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb.

 

Sözügedən meşə ərazisinə 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən meşəcinsli ağac tingləri əkilib.

Tarix: 16 Aprel 2026, 16:14   
Seçilən
19
pravda.az

1Mənbələr