AZ

"WhatsApp"dakı şəkil izi ABŞ-yə apardı - Türkiyədəki qətliam

Türkiyə polisi aprelin 15-də 14 yaşlı şagird tərəfindən məktəbə edilən və azı doqquz nəfərin (o cümlədən 8 sinif yoldaşının) ölümü ilə nəticələnən hücumun araşdırılmasına dair yeni təfərrüatları açıqlayıb. Bu barədə qurumun rəsmi bəyanatında deyilir.

Ölkə.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, ilkin təhlillər göstərib ki, şübhəli şəxs öz "WhatsApp" profilində 2014-cü ildə ABŞ-da kütləvi qətl törətmiş cinayətkar Elliot Rocer ilə bağlı təsvirdən istifadə edib.

Şübhəlinin atası hücum günü saxlanılıb və daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. Ailənin evindən və avtomobilindən rəqəmsal materiallar müsadirə olunub və hazırda istintaq tərəfindən araşdırılır.

Polis qeyd edib ki, hazırda hücumun terror təşkilatları ilə əlaqəsinə dair heç bir əlamət aşkar edilməyib və hadisə fərdi cinayət kimi qiymətləndirilir.

Elliot Rocer 2014-cü ildə Kaliforniyada kütləvi qətl törətmiş, hadisədən əvvəl isə hücumun motivlərini izah edən manifest və videolar yayımlamışdı.

Həmçinin bildirilir ki, Türkiyənin Kahramanmaraş şəhərindəki məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Ötən gün yaralanan 11 yaşlı Yusuf Tarık Gül xəstəxanada vəfat edib.

Bundan əvvəl Kahramanmaraşdakı məktəbdə baş verən atışma zamanı 9 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi. Qurbanlar arasında bir müəllim, qalanları isə şagirdlərdir.

Seçilən
18
olke.az

1Mənbələr