AZ

Süni intellektin tətbiqi sosial xidmətlərin keyfiyyətini və əlçatanlığını necə artıra bilər?

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycanda süni intellektin tətbiqi sosial xidmətlərin keyfiyyətini və əlçatanlığını necə artıra bilər?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, süni intellektin tətbiqi, xüsusilə dövlət və sosial xidmətlərdə bürokratik maneələri aradan qaldırmaqla vətəndaş məmnuniyyətini birbaşa artıra bilər.

“Məsələn, sənədləşmə işlərinin avtomatlaşdırılması və müraciətlərin saniyələr içində emal edilməsi insanların vaxtına qənaət edir, eyni zamanda şəffaflığı təmin edərək subyektiv yanaşmaları istisna edir. Vətəndaşın ehtiyacını o hələ müraciət etmədən proqnozlaşdıran proaktiv xidmətlər, məsələn, vaxtı bitən sənədlər haqqında qabaqcadan xəbərdarlıq və ya fərdi sosial təkliflər, dövlət vətəndaş münasibətlərində daha inamlı və rahat bir mühit formalaşdırır”, - deyə Elvin Abbasov qeyd edib.

 

Seçilən
23
azertag.az

1Mənbələr