AZ

Məktəbə hücum edən İsanın son məktubu üzə çıxdı: Atam evdə məni...

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayşər Çalık Orta məktəbində 10 nəfərin ölümü ilə nəticələnən silahlı hücumun yeni detalları məlum olub. Hadisəni törədən 8-ci sinif şagirdi İsa Aras Mersinlinin cinayətdən əvvəl "Discord" platforması üzərindən yazdığı qanlı planın təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.Demokrat.az xəbər verir ki, yeniyetmənin hücum saatını dəqiqləşdirdiyi və nifrət dolu ifadələr işlətdiyi müəyyən edilib.Mersinlinin yazışmalarında "Bunu bu gün edə bilərəm", "Günorta saat 3 radələrində", "5 və 6-cı siniflər hazır olsa yaxşı olar" kimi təhdid dolu mesajlar paylaşdığı üzə çıxıb. O, həmçinin bu dünyaya nə qədər tükəndiyini göstərəcəyini qeyd edərək cinayətə hazırlaşdığını bildirib. Mesajlarda diqqət çəkən digər məqam isə ailə daxili gərginliklə bağlıdır. Şagird atasının onu boğmağa və öldürməyə çalışdığını iddia edən qeydlər paylaşıb.Kahramanmaraş Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı hücumçunun kompüterində 11 aprel 2026-cı il tarixinə aid qanlı aksiya planı aşkar edilib. Rəsmi açıqlamaya görə, rəqəmsal materialların incələnməsi zamanı yeniyetmənin aksiya hazırlığında olduğuna dair sənədlər tapılıb. Mövcud dəlillər hadisənin hər hansı terror təşkilatı ilə bağlı olmadığını, İsa Aras Mersinli tərəfindən fərdi şəkildə planlaşdırılaraq həyata keçirildiyini göstərir.İhsan Yalçının məlumatına görə, Mersinli qrupdakı son yazışmalarında evdə tək olduğunu və tələsik şəkildə manifestini tamamlayıb bir az yatacağını bildirib. O, bu addımı ilə ətrafa olan qəzəbini nümayiş etdirəcəyini vurğulayıb. Hazırda faktla bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr