Azərbaycan Milli Elmlər Akademiyası-nın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 26–28 iyun 2026-cı il tarixlərində Naxçıvan şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçiriləcək. “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusuna həsr olunan tədbir həm üz-üzə, həm də onlayn formatda baş tutacaq.
Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır:
– Əcəmi Naxçıvaninin dövrü və mühiti
– Əcəmi Naxçıvaninin memarlıq irsi
– Əcəmi Naxçıvani mühəndis və xəttat kimi
– Əcəmi Naxçıvani irsinin Yaxın Şərq memarlığına təsiri
– Naxçıvan memarlıq məktəbi və nümayəndələri
– Möminə xatın türbəsi memarlığımızın incisi kimi
– Orta əsrlər dövründə Naxçıvanda dil, ədəbiyyat və folklor
– Orta əsrlər dövründə Naxçıvan şəhəri
– Müstəqil Azərbaycan dövləti və Əcəmi Naxçıvani irsinə göstərilən dövlət qayğısı
Konfransda iştirak qaydaları:
Məqalələrin göndərilməsi və dəyərləndirilməsi: 25 may 2026-cı il
Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı uyğun tədqiqatçılar iştirak edə bilər. Məqalələr tam formada 25 may 2026-cı il tarixədək göndərilməlidir. Məqalələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məqalələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Elmi heyət tərəfindən qəbul edilmiş məqalələr haqqında məlumatlar 31 may 2026-cı il tarixədək iştirakçılara [email protected] ünvanı vasitəsi ilə bildiriləcəkdir.
Beynəlxalq konfransın qonaqlama xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır.
Təqdimat
Konfransda hər bir məruzənin təqdim olunmasına 15 dəqiqə vaxt ayrılır.
Əlaqə:
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76
Tel.: (+99436) 544 09 64
(+99436) 545 13 48
E-poçt: [email protected]