Yunanıstan çempionatının 28-ci turu çərçivəsində keçirilcək “Panatinaikos” – “Olimpiakos” derbisini türkiyəli hakimlər idarə edəcək.
İdmanxeber.az-ın məlumatına görə, matçın əsas hakimi Halil Umur Meler olacaq. Ona İbrahim Çağlar və Abdulla Bora Özkara köməklik edəcək.
Afina derbisi aprelin 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.