AZ

Özəl tədris müəssisələrində peşə kurslarının təşkili elektronlaşdırılıb

Bakı. Trend:

Özəl tədris müəssisələrində peşə kurslarının təşkili ilə bağlıyenilik tətbiq olunub.

Trend xəbərverir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özəl tədrismüəssisələrinin peşə hazırlığı kurslarının təşkili ilə bağlımüraciət prosesi elektronlaşdırılıb.

Yeniliyə əsasən, tədris müəssisələri müvafiq kursların təşkiliüçün müraciətlərini artıq birbaşa “Əmək və Məşğulluq” altsistemi(ƏMAS) vasitəsilə elektron qaydada həyata keçirə bilərlər.

Bunun üçün ƏMAS-a daxil olaraq “Peşə hazırlığı” bölməsinin “Peşəhazırlığı müəssisələrinin əməkdaşlıq müraciəti” hissəsindən “Yenimüraciət”ə keçid etmək tələb olunur.

Bu imkan müraciət prosesinin daha operativ, şəffaf və səmərəlişəkildə idarə olunmasına, sənədlərin tam elektron qaydada təqdimedilməsinə şərait yaradır.

Seçilən
0
az.trend.az

1Mənbələr