AZ

Bakı Quba yolunda asfalt yararsız hala düşüb Sürücülər ciddi zərər görür VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı–Quba avtomobil yolunun Sumqayıt ərazisindən (Stansiya Sumqayıt) keçən hissəsində yol örtüyü tamamilə yararsız vəziyyətə düşüb.

Avtosfer.az-ın məlumatına görə, ərazidə hərəkət edən sürücülərdən biri vəziyyəti videoya çəkərək sosial şəbəkədə paylaşıb. Kadrlarda yol səthinin ciddi şəkildə aşındığı, böyük və çoxsaylı çuxurların yarandığı görünür.

Sürücünün sözlərinə əsasən, problem nəticəsində onun avtomobiliylə yanaşı bir neçə nəqliyyat vasitəsi də eyni anda maddi ziyana uğrayıb və yolun bəzi hissələrində hərəkət demək olar ki, mümkünsüz vəziyyətə düşüb.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri şərhlərdə oxşar problemlərlə qarşılaşdıqlarını bildirərək yolun vəziyyətindən şikayətləniblər.

Zərərçəkmiş sürücülərə həmin sahədən keçərkən ehtiyatlı olmalarını və mümkün olduqda alternativ yoldan istifadə etmələrini tövsiyə edib.

Yolun bərpası ilə bağlı aidiyyəti qurumların tezliklə tədbir görəcəyinə ümid edirik.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
avtosfer.az

1Mənbələr