ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Kreml baş vermiş faciəyə görə verdiyi gecikmiş başsağlığında da təyyarənin vurulmasını deyil, hadisənin Rusiya səmasında baş verməsini vurğulayırdı. Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq təyyarənin vurulması ilə bağlı açılan cinayət işinin surətlənməsi, təqsirkarların tezliklə məsuliyyətə cəlb edilməsi və kompensasiyanın ödənilmsi barədə razılaşma olsa da, Moskva məsələni uzatmaqla bir daha qeyri-səmimi mövqe sərgilədi. Bakıya qarşı davamlı təzyiqlərə başladı. Lakin Azərbaycan Prezienti cənab İlham Əliyevin qətiyyəti və israrı Putini geri addım atmağa məcbur etdi".Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Rusiyanın AZAL təyyarəsinin qəzaya uğramasına görə konpensasiya ödəyəcəyi barədə açıqlamasını şərh edərkən səsləndirib. O deyib ki, Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Rusiya kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəldi:"Doğrudur, qəzaya səbəb kimi Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyətinin nəticəsi olaraq göstərildi və təqsirkar şəxslərin hüquqi məsuliyyəti öz əksini tapmadı. Buna baxmayaraq Kreml unudulmayacaq bir dərs aldı və Azərbaycanın güclü iradəsini və qüdrətini daha dərindən anlamış oldu".Əli Orucov onu da qeyd edib ki, Azərbaycanın milli mənafeləri müəyyən kompromislərin zəruriliyini önə çıxarır:"Bakı-Moskva xəttində gərginliyin və soyuqluğun davam etdirilməsindən bəzi maraqlı qüvvələr istifadə etməyə cəhd göstərdi. Ancaq həmin qüvvələr məkrli niyyətlərinə çata bilmədilər. Hesab edirəm ki, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə gəlinən razılıq iki dövlət arasında formalaşmış əməkdaşlığın və imzalanmış strateji müttəfiqlik sazişinin irələliləməsinə və perspektivə təkan verəcək. Çünki psixoloji və siyasi baryerin aradan götürlməsinə inam yaranıb".Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.