AZ

32 yaşında prorektor oldu

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

32 yaşlı Nigar Adilova ADNSU-da Beynəlxalq əlaqələr üzrə prorektor təyin edilib. 

"Unikal" "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr verib. 

Təhsilin bütün pillələrini ADNSU-da tamamlayan Nigar Adilova universitetin ən gənc prorektorudur. O, 2015-ci ildən ADNSU-da işləməyə başlayıb. 2017–2023-cü illərdə ADNSU ilə ABŞ-nin Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq nəticəsində açılmış MBA Proqramında tyutor, tədris texnologiyaları üzrə işçi vəzifələrində fəaliyyət göstərib. 2018-ci ildən indiyədək MBA Proqramında müəllim olaraq çalışır. 2023-cü ildən indiyədək həmin proqramın direktor müavini vəzifəsində işləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
4
unikal.az

5Mənbələr