AZ

Şahin Mustafayev: Ağbənd körpüsü yaxın vaxtlarda istifadəyə veriləcək

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd avtomobil və dəmir yolunda aparılan tikiti işləri ilə tanış olublar.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, qonaqlar Ağbənd qəsəbəsində Araz çayı üzərində tikilmiş avtomobil körpüsünə baş çəkiblər.

Qeyd olunub ki, Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir. Ümumi uzunluğu 126,3 kilometr olan magistralın 78,5 kilometrlik hissəsi altı hərəkət zolağından, 45 kilometrlik hissəsi isə dörd zolaqdan ibarətdir.

Qonaqlara məlumat verilib ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin isə tikintisinə 2021-ci ildə başlanılıb və hazırda işlərin 75%-i başa çatıb. Bildirilib ki, layihənin ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir.

Baş nazirin müavini Şahin Mustafayev Ağbənd qəsəbəsindəki körpünün hazır olduğunu və yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib: "Hazırda hər iki tərəfdə sərhəd-keçid məntəqəsənin tikintisi aparılır və yaxın vaxtlarda istifadəyə veriləcək".

Rusiya Baş naxirinin müavini Aleksey Overçuk qeyd edib ki, yeni inşa olunan körpü həm Şimal–Cənub, həm də Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsidir: “Rusiya Federasiyası bu infrastrukturun mümkün qədər tez işə düşməsində çox maraqlıdır”.

O əlavə edib ki, bu marşrut Rusiyadan İrana, Naxçıvana və Türkiyəyə yük daşımaları üçün əlverişli olacaq və bütün ölkələrə birgə istifadə nəticəsində fayda gətirəcək.

Seçilən
31
3
apa.az

4Mənbələr