AZ

Təhsil ocağı, yoxsa dədə kontoru? – Nazirə SƏRT SUAL

“Azərbaycan təhsil sistemindəki idarəetmə boşluqları və bəzi məktəb direktorlarının yarıtmaz fəaliyyəti yenidən gündəmə gəlib. Xüsusilə Bakı, Abşeron və Sumqayıt ərazisindəki təhsil ocaqlarında müşahidə olunan neqativ hallar kəskin tənqid olunur.”

Fadil

KONKRET.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən Əməkdar jurnalist Fadil Paşayev Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edərək ciddi məqamlara toxunub.

Onun sözlərinə görə, bir çox məktəb rəhbərlərinin ümumi dünyagörüşü və davranışları təhsilin mahiyyəti ilə tamamilə ziddiyyət təşkil edir: “Ünsiyyətdə olduğum və şəxsən tanıdığım məktəb direktorlarının bu və ya digər formada təhsilə heç bir aidiyyəti yoxdur. Onların dünyagörüşü ilə tanış olduqca dəhşətə gəlirəm. Elə məktəbdəcə ağzında saqqız çeynəyə-çeynəyə dırnaq ustasına zəng edən, saç ustaları, geyim mağazalarının qadın satıcıları ilə telefonda laqqırtı vuran, günün 2-3 saatını məktəbdə keçirdikdən sonra ‘qeybə çəkilən’ nə qədər direktor desən, tanıyıram.”

Fadil Paşayev qeyd edib ki, nazirliyin idarəçilik siyasəti köhnəlmiş və eybəcər bir formaya transformasiya olunub: “Emin müəllim, siz doğrudanmı, təhsilin ən ciddi problemi olan idarəçilik məsələsini həll etmək istəmirsiniz?! Bir çox direktorların ümumi səviyyəsindən xəbəriniz varmı? Bilirsinizmi ki, təhsildə idarəetmədə köhnə üslub eybəcər formaya düşüb? Bu direktorların təhsil, təlim, tərbiyə ilə bağlı yanaşmaları ya yoxdur, ya da çox biabırçı vəziyyətdədir.”

Əməkdar jurnalist qeyd edib ki, məktəblərdə şagirdlərin taleyi və təhsilin keyfiyyəti arxa plana keçib, rəhbərlik isə yalnız formal sənədləşmə ilə məşğuldur: “Qadın direktorların bir çoxu təhsilə fokuslanmayıb, işə kağız və sənədlərin imzalanması çərçivəsində baxır. Müəllimlərlə işləyə bilmir, təlim-tərbiyə prosesində nizam-intizam sıfır səviyyəsindədir. Məktəbə dədəsinin kontoru kimi baxır, məktəbin əsas məqsədini unudur: şagirdin öyrənməsi belələrinin heç vecinə də deyil.”

KONKRET.az

Seçilən
32
1
konkret.az

2Mənbələr