London, 16 aprel, AZƏRTAC
Böyük Britaniya hökuməti Yaxın Şərqdə müharibənin davam etməsi halında ən pis ssenariyə uyğun olaraq mümkün ərzaq çatışmazlığı riskinə hazırlaşır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu ssenariyə əsasən, yay aylarına qədər xüsusilə toyuq və donuz əti məhsullarında qıtlıq yarana bilər.
Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib ki, müharibənin təsirlərini azaltmaq üçün biznes qurumları ilə sıx əməkdaşlıq davam etdiriləcək. Qeyd olunub ki, ən pis ehtimal ssenariləri mütəxəssislər tərəfindən planlaşdırma məqsədilə istifadə olunur və gələcək hadisələrin dəqiq proqnozu hesab edilmir.
Ərzaq sektorunun nümayəndələri isə mümkün çatışmazlıqlardan daha çox qiymət artımlarından narahat olduqlarını bildiriblər.