AZ

Milli komandanın keçmiş üzvü intihar etdi

Lent az saytına istinadən ain.az xəbər verir.

Ədirnədə milli muay tay idmanı üzrə milli komandanın keçmiş üzvü başından atəş açaraq intihar edib. O, aparıldığı xəstəxanada ölüb. Hadisə ilə bağlı istintaq davam edir.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Ədirnədəki Atatürk bulvarında yerləşən Ulusoy Yamaç Yaşam Evleri yaşayış kompleksində baş verib. Məlumata görə, muay tay idmanı üzrə milli komandanın keçmiş üzvü 43 yaşlı Əhməd Yıldırım hələlik məlum olmayan səbəbdən özünü silahla başından vurub. 

Hadisə yerində ilkin tibbi yardım göstərilən Yıldırım Sultan 1-ci Murat Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan tezliklə Trakya Universiteti Tibb fakültəsi xəstəxanasına köçürülüb və bütün səylərə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
lent.az

2Mənbələr