AZ

Yol qəzaları iki nəfərin ölümünə səbəb olduVİDEO

İdaretmədən çıxan avtomobilin ağaca çırpılması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır yol qəzası dünən saat 21 radələrində köhnə Ələt-Astara magistralının 213-cü km-də, Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.

Səpnəkəran kənd sakini Sadir Həmzəyev  avtomobillə ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Bu zaman avtomobil magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində iki nəfər - 41 yaşlı Nail Ağayev və Sadir Həmzəyev xəsarət alıblar. Xəstəxanaya çatdırılarkən Nail Ağayev yolda dünyasını dəyişib.  Sadir Həmzəyevin xəstəxanada müalicəsi davam etdirilir.

Sabirabadda isə avtomobil piyadanı vurub.

Hadisə gecə saatlarında Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində qeydə alınıb. Yolun kənarı ilə hərəkət edən 43 yaşlı Şamo Əsədovu maşın vurub. Piyada ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
31
xezerxeber.az

1Mənbələr