Sasseks hersoginyası Meqan Markl 10 il ərzində davamlı zorakılığa məruz qaldığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.
Meqan Markl sosial şəbəkələrin zərəri mövzusunda keçirilən konfransda çıxış edib. Tədbir Avstraliyaya səfəri çərçivəsində Şahzadə Harri ilə birlikdə baş tutub. Hersoginya bildirib ki, on il ərzində hər gün ona qarşı zorakılıq edilib və həmin dövrdə özünü dünyada ən çox təzyiqə məruz qalan insan kimi hiss edib.
Şahzadə Harrinin həyat yoldaşı həmçinin texnologiya şirkətlərinin onlayn zorakılığın qarşısını almaq üçün “kifayət qədər motivasiyaya malik olmadığını” deyib. Bu səbəbdən o, Avstraliya hökuməti tərəfindən 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qoyulan qadağanı dəstəklədiyini bildirib.
Şahzadə Harri isə uşaqlar üçün sosial şəbəkə qadağasını “çox mühüm qərar” adlandırıb.
Samir