AZ

Keçmiş futbolçu qəzada öldü

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Yuventus" klubunun və Avstriya milli komandasının keçmiş qapıçısı Aleksandr Manninger 48 yaşında həlak olub.

"Unikal" "Bild" qəzetinə istinadən xəbər verir ki, futbolçunun avtomobili Zaltsburqda dəmiryol keçidində qatarın altında qalıb.

A.Manninger ağır xəsarətlər alıb, hadisə yerinə gələn təcili xidmət orqanlarının əməkdaşları idmançıya ilkin tibbi yardım göstəriblər, lakin onun həyatını xilas ermək mümkün olmayıb.

Qeyd edək ki, A.Manninger İngiltərənin "Arsenal", İtaliyanın "Fiorentina", "Bolonya", "Siena", "Yuventus" və digər klublarda çıxış edib. O, "Arsenal"ın heyətində İngiltərə çempionu (1997/1998), "Yuventus"un heyətində isə İtaliya çempionu (2011/2012) olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
unikal.az

3Mənbələr