AZ

“Dövlət proqramı gənclər üçün geniş perspektiv açır”-Əhməd Abbasbəyli

Bugünkü dövrdə gənclərin daha çox humanitar sahələrə yönəldiyi müşahidə olunur. Halbuki, müasir dünyada inkişafı şərtləndirən əsas sahələr sənaye, informasiya texnologiyaları, mühəndislik, tibb və analitik düşüncə tələb edən ixtisaslardır. Bu baxımdan Azərbaycanda mövcud potensialın düzgün istiqamətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli bildirib ki, dövlət proqramı bu boşluğu aradan qaldırmaq üçün mühüm fürsət yaradır. Onun sözlərinə görə, proqram gənclərin daha çox texniki və dəqiq elmlərə yönəlməsi, peşəkar kadrların hazırlanması baxımından geniş perspektiv açır.

Ə.Abbasbəyli qeyd edib ki, bu təşəbbüs yalnız fərdi inkişaf baxımından deyil, həm də ölkənin iqtisadi və texnoloji tərəqqisi üçün mühüm rol oynayır. Onun fikrincə, yeni ixtisaslar üzrə kadrların hazırlanması gələcəkdə innovativ yanaşmaların tətbiqinə və istehsal sahələrinin genişlənməsinə töhfə verəcək.

"İstənilən sənətdə, istənilən bir fəaliyyətdə müəyyən risklər, müəyyən bir qüsurlar olduğu kimi hesab edirəm ki, bu sahədə də müəyyən risklər və qüsurlar var. Birincisi, tutaq ki, bu sənəddə mütləq tələb kimi ümumi Avropa xarici dil biliklərinin Avropa tələblərinə uyğun TOEFL və digər adlarını çəkmirəm, bir sıra həmin o sertifikatların olmasını tələb edir. Amma burada nəzərə almaq lazımdır ki, Azərbaycanda da bir sıra ali təhsil müəssisələri var və eyni zamanda orta təhsil müəssisələri də var ki, ingilis dilində təhsil a-alır və İngiltərədə təhsil alan, tutaq ki, orta təhsil alıb və yaxud da dörd il bakalavr təhsili alıb sonrakı mərhələdə haradansa hansısa bir şirkətdən bir bunu onun bilik bacarığını təsdiq edən bir tələbin, tələ-- sənədin tələb olunması bir balaca burada ciddiyət yaradır. Əgər siz öz təhsil müəssisələrimizə inanırsınızsa, həmin oraları bitirən insanlara da bu cür şərait yaratmaq lazımdır. Yox və onun üçün haradansa bir şirkətdən və yaxud da hansısa bir strukturdan əlavə bir sənəd tələb eləmək, yəni TOEFL və digər səviyyə gös-göstəricilərini müəyyən eləmək üçün o bir az həmin bizim mə-məktəblərimizin nüfuzuna, həm də eyni zamanda oradakı tələbələrin, yəni belə deyək də, onların təhsilinə bir az yuxarıdan aşağı baxmaq kimi görünür. Hesab edirəm ki, bax, bu, bu məsələ ilə bağlı ölkədə kifayət qədər orta təhsil, ingilis dilində orta təhsil verən və bakalavr təhsili verən ali müəssisələrin abituriyentləri, daha doğrusu məzunları üçün ayrıca bir bənd əlavə olunsa idi, daha yaxşı olardı".-deyə qeyd edib

Zəhra Ağayeva
 

Seçilən
32
qht.az

1Mənbələr