AZ

Sadə təkərli eşşək arabaları kənd təsərrüfatında, yük daşınmasında və nəqliyyatda istifadə edilir Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Eşşək arabaları təxminən eramızdan əvvəl 3000-ci il, Mesopotamiya/Misirə gedib çıxır və sadə təkərli nəqliyyat vasitələrinin inkişafı ilə başlayır. O zamanlar arabaların təkərləri də taxtadan idi. Bəzi ucqar kəndlərdə keçən əsrə qədər kənd təsərrüfatında, yük daşınmasında və nəqliyyatda əsas vasitəyə çevrilmişdi.

Eşşəklər ilk dəfə Mesopotamiya və Misirdə eramızdan əvvəl 3000-ci il ətrafında əhliləşdirildi və yük daşımaq və kənd təsərrüfatı kimi işlərdə istifadə olunmağa başladı. Qədim dövrlərdən bəri istifadə edilən bu heyvanlar səbrləri, dözümlülükləri və yük daşıma qabiliyyəti ilə tanınırlar.

Sadə, iki təkərli, taxta nəqliyyat vasitələri eşşəklərdən dartma qüvvəsi kimi istifadə edilərək hazırlanıb. Bu arabalardan Azərbaycanda da yüklərin və insanların daşınması üçün istifadə edilib.

Qədim dövrdən qalan arabalar hazırda bir çox muzeylərdə nümayiş etdirilir. Elə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində də nümayiş etdirilən bir neçə at və eşşək arabaları mövcuddur.

İradə Cəlilova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
bizimyol.info

1Mənbələr