AZ

Səkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? VİDEO

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Binəqədi rayonunun0 Səttar Bəhlulzadə küçəsi 1 ünvanında təxminən 8 il əvvəl çoxmərtəbəli binanın tikintisinə başlanılıb.Baku TV-nin məlumatına görə, sakinlər iddia edirlər ki, bu müddət ərzində bina hələ də tam olaraq təhil verilməyib.Həmçinin qeyd edilib ki, mənzillərin çıxarışı olmadığından vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmirlər. Sakinlər bildirirlər ki, MTK hər bir sakinə müqavilə ilə mənzil satıb, amma öhdəliklərini yerinə yetirmir.

"Generator yoxdur. İşıqlar sönəndə, sakinlər evlərinə çıxa bilmirlər. Bəziləri liftdə qalır. Onların arasında ürəyi tutanlar da olur. Qaraj bizə verilmir. MTK bundan külli miqdarda pul qazanır", - deyə şikayətçi Tural Sevdimalıyev narazılığını dilə gətirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
3
azxeber.com

4Mənbələr