Bakı. Trend:
Bu gün tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Azərbaycaniqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabınınAzərbaycan Dövlət İqtisad Universitetində təqdimat mərasimikeçirilmişdir.
Tədbirdə İqtisad Universitetinin rektoru, millət vəkilləri,dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasiekspertlər, ictimaiyyət və media təmsilçiləri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər kitabda təqdim olunan “investisiyaabsorbsiyası” yanaşmasının əhəmiyyətini xüsusi vurğulamış,Azərbaycanın iqtisadiyyatında hansı sahələrin və hansı həcmdəinvestisiya qəbul etməyə hazır olduğu, bu sahələrin real tutumu vəmənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil edildiyini qeydetmişlər. Bildirilmişdir ki, əsər ümumi xarakterli nəzəriyanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçünpraktik istiqamətləndirici mənbə kimi hazırlanmışdır.
Natiqlə vurğulanmışdır ki, kitab investorlara müxtəlif sektorlarüzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərinivə bu imkanlardan istifadə yollarını aydın şəkildə müəyyən etməyə,eləcə də sərmayə qoyuluşlarının perspektiv geri dönüşünüqiymətləndirməyə imkan verir.
Qeyd olunmuşdur ki, sənaye, aqrar sektor, turizm, logistika,informasiya texnologiyaları, enerji sahələri üzrə investisiyapotensialının vahid çərçivədə təqdim olunması investorun qərarverməprosesini asanlaşdırır.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə tətbiq ediləngüzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim edilməsi xüsusivurğulanmışdır.
Bildirilib ki, kitabda makroiqtisadi sabitlik, aparılanislahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşmatəqdim olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadiqərarvericilər üçün praktik əhəmiyyət daşıyır.