AZ

Finlandiya iqtisadiyyatı 90 cı illərə qayıdıb

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ilə əlaqələrin kəsilməsi və sərhədlərin bağlanması bütün Finlandiyaya dağıdıcı təsir göstərib, ölkənin sosial-iqtisadi vəziyyəti 1990-cı illərin böhranı ilə müqayisə edilə bilər.Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov deyib.Səfir qeyd edib ki, Rusiya ilə əlaqələrin kəsilməsi və sərhədin bağlanması təkcə Finlandiyanın şərq və şimal bölgələrinə deyil, həm də regionlarına dağıdıcı təsir göstərib:"Buradakı mövcud sosial-iqtisadi vəziyyəti, bəlkə də, ölkənin 1990-cı illərdə yaşadığı böhranla müqayisə etmək olar. Həmin dövrdə Finlandiya SSRİ-nin dağılmasından sonra "Şərq ticarəti"nin çökməsi səbəbindən dərin tənəzzülə uğramışdı. İndi Helsinki eyni ssenarini təkrarlayır, amma öz təşəbbüsü ilə".Kuznetsov qeyd edib ki, Finlandiyanın iqtisadi artımı son illərdə dayanıb və ÜDM 2021-2022-ci illər səviyyəsində qalıb.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
newscenter.az

1Mənbələr