ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süd və qatıq kimi kalsiumla zəngin qidalar qəbul etmək yaşlılıqda gözün torlu qişasının xarab olmasının və görmə itkisinin qarşısını almağa kömək edir.Demokrat.az xəbər verir ki, çinli alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, süd məhsullarından alınan kalsium yaşlılarda görmə qabiliyyətinin pisləşməsinin əsas səbəblərindən biri olan makulodistrofiya riskini əhəmiyyətli dərəcədə azaldır.Tədqiqatın nəticələri nüfuzlu "Food & Function" jurnalında dərc olunub.Makulodistrofiya gözün torlu qişasının mərkəzi görməyə cavabdeh olan hissəsinin zədələnməsi ilə müşayiət olunan xroniki xəstəlikdir. Adətən 55 yaşdan sonra inkişaf edən bu patologiya qadınlarda kişilərə nisbətən iki dəfə daha çox rast gəlinir. Xəstəliyin "quru" formasında torlu qişada piy və zülal yığıntıları toplanaraq qan dövranını pozur, "yaş" formasında isə damarların həddindən artıq böyüməsi ödem və qan sızmalarına səbəb olur.Tədqiqatda 568 nəfərin qidalanma rasionu və görmə vəziyyəti təhlil edilib. Məlum olub ki, rasionunda kalsium miqdarı yüksək olan şəxslərdə bu xəstəliyin inkişaf riski demək olar ki, iki dəfə aşağıdır. Ən yüksək qoruyucu təsir isə məhz süd və qatıq kimi məhsulların müntəzəm qəbulu zamanı müşahidə olunub.Maraqlıdır ki, bitki mənşəli mənbələrdən (tərəvəz və paxlalılar) və ya quru süddən alınan kalsium göz sağlamlığına eyni dərəcədə statistik təsir göstərməyib. Alimlər bildirirlər ki, gündəlik rasiona süd məhsullarının daxil edilməsi yaşla bağlı göz xəstəliklərinin profilaktikasında ən sadə və əlçatan üsullardan biridir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.