Kahramanmaraşda 10 nəfərin ölümü ilə nəticələnən məktəb hücumunun detalları üzə çıxmağa davam edir.
Publika.az xəbər verir ki, qətliamı törədən 14 yaşlı İsa Aras Mersinlinin hadisədən bir gün əvvəl VPN vasitəsilə məşhur “Discord” tətbiqində hücumu açıq şəkildə anons etdiyi məlum olub.
Məlumata görə, 8-ci sinif şagirdi olan İsa Aras qruplara göndərdiyi mesajlarda həm psixoloji yorğunluğunu, həm də atası ilə olan münaqişəsini xüsusi qeyd edib:
– “Lənət olsun! Bunu bu gün edə bilərəm”.
– “Günortadan sonra saat 3 radələrində hər şey hazır olacaq”.