AZ

Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanıldı

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.

"Yeni Sabah" xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.

Araşdırma davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
23
yenisabah.az

10Mənbələr