AZ

Avtomobildə tualet – Çin brendindən qeyri-adi yenilik

Çində fəaliyyət göstərən Aito avtomobil markası sürücülər üçün qeyri-adi texnoloji yenilik təqdim edib.

Musavat.com xəbər verir ki, şirkət avtomobil oturacağının daxilinə yerləşdirilən xüsusi tualet sistemi üçün patent alıb. 

2f783f96-9e0a-486a-9b49-1a8b0a0ab65a.jpg

Məlumata görə, bu funksiya xüsusilə saatlarla tıxacda qalan sürücülər üçün nəzərdə tutulub. İstehsalçılar bildirir ki, sistem tam hermetik olacaq və heç bir qoxu yaymayacaq.

Layihəyə əsasən, bu texnologiya gələcəkdə uzun məsafəli səfərlər və şəhər daxilində intensiv hərəkət zamanı sürücülərin rahatlığını artırmaq məqsədi daşıyır.

 

Musavat.com

Seçilən
106
musavat.com

1Mənbələr